MENÜ
ESA E- DERGİ
DUYURULAR
SON 5 ÜYEMİZ
BEĞENİLENLER
Günün Şiiri: Haftanın Şiiri: Ayın Şiiri: Günün Yazısı: Haftanın Yazısı: Ayın Yazısı:
MEHR VƏ MAH" Yaxud "Əsli vəKərəm NƏRİMAN NƏRİMANOV
Ekleyen : ESA , 21 Ocak 2017 Cumartesi Beğen
MEHR VƏ MAH" Yaxud "Əsli vəKərəm  NƏRİMAN NƏRİMANOV
 
"MEHR VƏ MAH" Yaxud "Əsli vəKərəm"in astarı Aprelin 23-də mövqei-tamaşaya qoyulmuş "Mehr və Mah" operası "Əsli və Kərəm"in astarı kimi nəzərə gəldi demək olur. Zira "Əşli və Kərəm" ilə "Mehr və Mah"ın arasında bir təfavüt görünmədi, nəinki təfavüt görünmədi, hətta "Mehr və Mah"ı "Əsli və Kərəm"ə oxşatmağa çalışmış. Nə üçün "Mehr və Mah" ayrıca bir el əsəri ola-ola nə üçün "Əsli və Kərəm"o astar gərək olsun? Nə üçün "Şahzadə Əbülfəzl" ünvanlı el əsərinə "Mehr və Mah" adı qoyulsun! Keçən "Yeni iqbal"ın 288-ci nömrəsində "Əsli və Kərəm" ünvanlı məqaləmizdə yazmışdıq: Bir ədıbin əsərinin təğyir tapmasına bir özü səbəb olarsa, qövmün elin inşasına təğyir verən çox olar, çünkı ağızdan-ağıza keçən hekayəyə nəql ilə hərə bir şey artıra bilər... "Əsli və Kərəm" hekayəsi də türk-tatar qövmünün əsəri olub bu uzun müddətdə əlbəttə təğyir tapıbdır. Fəqət təğyir tapıbsa da əsil mətləbə əl vurulmamış... Elin inşası, elin güzgüsüdür. Bir elin, bir qövmün ruhunu, fikrini, bütün əqidəsini onun əsərindən bilmək olar. Ona gə qövmün əsərlərinə girişən ehtiyatı əldən buraxmasın gərəkdir.... , İndi gərək cənab Şərifov bu şərtləri gözləyibdinmi? __________________Milli Kitabxana__________________ __________________________________________________391 Cənab Şərifovun "Mehr və Mah" operası eynən el əsəri, daha doğrusu, çobanlar arasında məhşur "Şahzadə Əbülfəzl"dən götürülübdür. Həmin hekayə gözəl, şirin bir dil ilə yazılmağı mənim qabağımdadır. Onu diqqətlə oxuyub gördüm, Cənab Şərifov elm əsərini, daha doğrusu, onda olan nazik mətləbi ya düşünməyibdir, yainki düşünübsə də haman mətləbi gizlədibdir. "Əsli və Kərəm"dəki gözəl, dərin fəlsəfə, təmiz, müqəddəs əqidə bu hekayədə də gözə çarpır. Padşahın oğlu Şahzadə Əbülfəzl yuxusunda Yəmən padşahının qızını görüb aşiq olur. Tac və təxtindən əl çəkib Yəmən tərəfə gedir. Fəqət yolda Çin padşahının qızı Rəna xanıma rast gəlir. Elmli, gözəl tərbiyəli Rəna xanım isə yuxusunda Əbülfəzli görüb aşiq olubmuş və neçə aylar imiş onu görmək istəyirmiş. Əbülfəzl Rənanı görüb əxlaq və ətvarına bələd olub onu bir mələk hesab edirdi. Bununla belə Yəmən qızının vüsalına çatmaq istəyirdi. Rəna xanım çox istədi ki, Əbülfəzl qalsın, olmadı. Rəna Əbülfəzlə öylə bir payadə məhəbbət bağladı ki, axırda həmən məhəbbət Rənanı vadar etdi ki, Əbülfəzli buraxsın. Rəna fikir edirdi: Mən Əbülfəzli sevirəm, ona binaən gərəkdir onun rahətliyinə çalışmaq. Bunun rahətliyi də Yəmən qızına bağlıdır. Bu fikir ilə Rəna Əbülfəzli buraxıb dedi: Məni unutma, hər müşkül işində mənə rücu et, mən sənin düyünlərini açaram... Şahzadə Əbülfəzl Yəmənə gəlib yuxuda gördüyü qızı tanıyır və almaq istəyir. Fəqət padşah şəhərin bir ağaclığında olan tilsimi sındırana qızını vermək istəyir. Şahzadə Əbülfəzl bilməyir nə etsin. Bu şəhərdə bir qoca qəssabdan başqa o tilsimin sirrini heç bir kimsə bilməyirmiş. Nə isə, qəssab şahzadəyə sirri öyrədir. Sirr də bunda imiş: nə gözünə görünər isə qorxmasın, irəli getsin... Şahzadə axırda tilsimin yurdunu dağıdıb padşahın qızı Sərvnazı almaq istəyir. Qızı məşhur pəhləvanlardan Kürdoğlu da istəyirmiş, fəqət qorxusundan tilsimə yavuq gedə bilməyirmiş. Şahzadə də bu hünəri görüb həsəd aparır və qızdan əlinin çıxmağını yəqin edib şahzadəni tələf etmək istəyir. İki, üç dəfə Kürdoğlu tərəfindən qurulmuş tələdən şahzadə Rənanın köməkliyilə xilas olur. Axırda şahzadə qızı alıb muradına çatır. Bir gecə yuxusunda Rənanı pərişan bir halda görür, əhvalatı arvadı Sərvnaza söyləyir. Sərvnaz isə Əbülfəzl narahat olmasın deyə getməyə razı olur. Gəlirlər Rənaya çatırlar. Bunlar bura çatmaqda Rəna ayrılığa artıq tab gətirə bilməyib zəhər içir və ölür. Şahzadə deyir: Sənin kimi vəfalı rəfiqədən sonra mənə dirilik haram olsun deyib də xəncər ilə özünü öldürür və sonra Sərvnaz xanım da ağlayıb axırda ürəyi partlayıb ölür... __________________Milli Kitabxana__________________ __________________________________________________392 Bir baxınız, nə gözəl dərin bir fəlsəfə! Nə təmiz həqiqi bir məhəbbət! Fəqət bu cənab Şərifovun xoşuna gəlməmiş və boylə düzəltmişdir: Xəbər çıxır şahzadə ölübdür. Padşah qızını Kürdoğluna verir. Toy günü bunlar eyş- işrətə məşğul olarkən şahzadə gəlib çıxır. Sərvnaz şahzadəni görüb ürəyi xarab olur və ölür. Şahzadə də özünü xəncər ilə öldürür. Şahzadə Əbülfəzl min zəhmət və məşəqqətdən, cövrü-cəfadan sonra axırda məqsədinə çatdı, sevgili Sərvnazı aldı. İnsana daha nə lazımdır! Fəqət, yox; bu həqiqi, təmiz məhəbbət olmadı. Şahzadə Rənanı, vəfalı rəfiqəsini təmiz, həqiqi məhəbbətlə sevərdi. Rəfiqəsinin ölməyinə tab gətırməyib özünü də, Sərvnazı da qurban etdi... Daha bundan goyçək, bundan təmiz, bundan müqəddəs məhəbbət ağıla gələrmi? Bəli, türk-tatar qövmünün əqlinə gəlir. Fəqət cənab Hacıbaba Şərifovun ağlı bunu qəbul edə bilməyir. Musiqi cəhətinə gəlincə, cənab Slavinski musiqidə mahir adamdır. Qəm, dəhşət, məhəbbət, səadət nə olduğunu sözsüz cənab Slavinskinin musqisindən hiss etmək olar... Fəqət el havacatilə pərvəriş tapan el əsərində el havasını da istərik. Bu dəfə artistlər barəsində yazmaq istəmirik. Çünki ümid edirik bu vollarda axırıncı dəfə oynadılar. Bəli, ədəbiyyat və səhnə meydanı genişdir. Daha doğrusu məscidin qapısı açıqdır, dilənçidə də bir az düşüncə gərəkdir olsun...
 
NƏRİMAN NƏRİMANOV SEÇİLMİŞ ƏSƏRLƏRİ LİDЕR NƏŞRİYYAT, Milli Kitabhane, ” 2004
“N.Nərimanov. Sеçilmiş əsərləri” (Bakı, Elm, 1973, Azərnəşr, 1985) nəşrləri əsasında təkrar neşre hazırlanmıştır
 
 

Sitedeki yazıların tüm hakları ve sorumluluğu yazı sahiplerine aittir. Yazıların izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Aksi davranışlara karşın yasal işlemlere başvurulacaktır.

Yapılan Yorumlar

Henüz yorum yapılmamış...

Yorum Yaz

Yorum yazmak için üye girişi yapınız...